Naməhrəmi tərk edib qəlbini qırmaq daha böyük günahdır, yoxsa əlaqə saxlamaq?

    28.01.2021
Sual: 
Salam . Men bir günah işledim ve namehremle münasibet qurdum. Indi ondan ayrilmaq isteyirem amma meni çox sevir. Qelbi qırılacaq ne etmeliyem? Hansı daha pistir qelb qırmaq yoxsa namehremle munasibet ve yalan?
Cavab: 
Va aleykum Salam. Naməhrəmlə münasibət qurmaqla günah iş tutmusunuz, bu günahı dərhal tərk edin və Allaha tövbə edin. Bilin ki, bir günah insanı başqa bir günaha sövq edir, sonda insanı günahlar toruna salır və insan bu günahlarla əhatə olunduqda günahları tərk edə bilmir və həlak olur. Bu şeytanın insanı tədricən günaha sürükləməsi üçün insana gətirdiyi şübhələrdir. Şeytan insana vəsvəsə edir ki. əgər bu günahı tərk etsən qarşıdakı insanın qəlbini qıracaqsan və böyük günah qazanacaqsan. Halbuki, naməhrəmlə ünsiyyət və əlaqə qurmaq daha böyük günahdır və bu insanı həlaka aparır. 
Qarşıdakı insanın qəlbi qırılsa da günahları tərk etmək daha vacibdir. Çünki siz günahı tərk etməklə Allahı razı salırsınız, günaha davam etməklə isə insanı razı salmış olursunuz. Əgər Allahı razı salsanız Uca Allah sizi mükafatlandırar və sizə tərk etdiyinizdən daha xeyirlisini nəsib edər. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim bir əməl edər və bu əməllə insanları qəzəbləndirib Allahı razı salarsa, Uca Allah o kəsdən razı qalar və insanları da ondan razı edər. Kim də insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Uca Allahın o kəsə qəzəbi tutar və insanları da ondan narazı salar". (İbn Hibban, 1/510; ət-Tirmizi, 2414). Həmçinin oxuyun:
Paylaş: