"Bərəkət Qurandan üstündür" deyimi doğrudurmu?
Sual:
Salam,tez tez bir sualla rastlaşiram bereket qurandan ustundur,axi qurani kerim allahin kelamlaridir ,allahin kelamindan heçne üstün ola bilmez axi,xahiş edirem etirafli buna cvb yazardiz
Cavab:
Va aleykum Salam. Belə sözlər camaat arasında gəzən və dəlil-sübutu, həmçinin açıq mənası olmayan sözlərdir. Ona görə də belə sözlərdən çəkinmək lazımdır. Bərəkət sözünün mənası xeyir deməkdir. Quran özü bütünlüklə bərəkətdir. Uca Allah buyurur: "Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna". (əl-Ənam, 155). Həmçinin buyurur: "Bu mübarək Kitabı sənə nazil etdik ki, insanlar onun ayələrini düşünüb anlasınlar və ağıl sahibləri də ondan ibrət götürsünlər". (Sad, 29). Həmçinin oxuyun: