Ömər yağış duasında Abbasın məqamı ilə təvəssül edib yoxsa duası ilə?

    26.02.2021
Kimdən: 
Allah bendesi
Sual: 
Salam aleykum qeyd edibsiz ki hormet keramet sahiblerine and verib nese istemek səhih hədislərdə buna aid heç bir göstəriş yoxdur. Ya siz heqiqeten oz kitablarinizdan bixebersiz yaxuda bile bile haqqi gizledib bu insanlari azginliga salirsiz men size indi oz kitablarinizda olan hedisleri qeyd edim oxuyun Səhih Buxaridə aşkar şəkildə deyilir: Mədinədə qıtlıq olan zaman, Ömər ibn Xəttab Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin məqamına təvəssül etməklə belə dua və yağış tələbi etdi: "İlahi! Biz Sənin Peyğəmbərinin məqamına təvəssül etdik, Sən bizə yağış göndərdin. İndi isə, onun əmisinin məqamına təvəssül edirik və yağış istəyirik. "Səhih/b "Mənaqib Əbdul-muttəlib" hədis 3710
Cavab: 
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, hədisi düzgün tərcümə etməmisiniz. Hədisdə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) Abbasın məqamı ilə deyil, duası ilə təvəssül etmişdir. Hədisdə məqam sözü işlənməyib. Çünki əgər məqam nəzərdə tutulsaydı, sözsüz ki, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məqamı Abbasın (Allah ondan razı olsun) məqamından daha üstündür və belə olan halda Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məqamını qoyub Abbasın məqamı ilə təvəssül etməzdi. Demək ki, burada Abbasın (Allah ondan razı olsun) məqamı deyil, duası ilə təvəssüldən söhbət gedir və bu növ təvəssül də icazəlidir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: