Namaz qılarkən şalvarın balağını qatlamaq olarmı?

    28.01.2021
Kimdən: 
Həsən
Sual: 
Salam aleykum ve rehmetullah. Namaz qılarkən şalvarın ayağın qatlamaq olar(əgər şalvar topuqdan böyükdürsə)?
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullah. Ümumiyyətlə istər namazda, istərsə də namazdan kənar müsəlmanın şalvarının ətəyi topuqdan aşağı düşməməlidir. Daha ətraflı: "Kişi topuqdan yuxarı geyinməlidir" hədisi varmı?

Namazda balağı qatlamağa gəlincə, bu bəyənilməyən bir əməldir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın ətəyi­ni və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi". (Peyğəmbər alın deyəndə) burnuna da işarə etdi". (Səhih əl-Buxari, 812). Bu hədis dəlalət edir ki, namaz qılarkən qolları və şalvarın ətəyini qatlamaq bəyənilmir, lakin belə qılınan namaz səhihdir. Əbu Cuheyfə rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qır­mızı pal­tarda, ətəyi baldırının yarısına qədər qaldırılmış halda çadırdan çıxdı və camaata iki rükət namaz qıl­dırdı. (Səhih əl-Buxari, 376).

Teqlər: 
Paylaş: