Namaz qılmayan qəssaba qurban kəsdirmək olarmı?

    06.04.2021
Sual: 
Salam aleykum.Qurbani cahil bir qessaba,və yaxud qüsulsus bir kəsə kəstirtmək olarmi?
Cavab: 
Və aleykum Salam. Kəsilən heyvanın halal olması üçün, heyvanı kəsənin müsəlman (və ya kitab əhli) olması və kəsərkən Allahın adını çəkməsi kifayətdir. Qəssabın cahil (dindən xəbəri olmayan) və ya qüslsüz olması heyvanın halallığına təsir etmir, lakin heyvanı namaz qılan, qüsllü bir müsəlmana kəsdirməniz daha yaxşıdır. Dinimizə görə hətta Kitab Əhlinin (yəhudi və xaçpərəstlərin) kəsdikləri heyvanlar da halal sayılır. Uca Allah buyurur: "Kitab verilənlərin ye­mək­ləri (kəsdikləri heyvanlar) sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır". (əl-Maidə, 5). Həmçinin oxuyun: 
Paylaş: