Bir insana "cahil" dediyimə görə günah qazanırammı?
Sual:
Salam Aleykum.Men bir meseleyle bagli melumat almaq isteyirdim. Bir gadin var namaz gilmir, ibadetde deyil ve en esasda şirk gosanlardandi. Iddia edirki kelmeyi sehadet getiren herkes muselmandi. Men bunun dogru olmadigini, namaz qilana, ibadet edene, Allaha sirk gosmayana, oruc tutana muselman deyilir bunlari etmeyene cahil diyilir didikde mene bed dua etdi. Bele dediyime gore Allah belavi versin halalliq vermirem dedi sizce bir insana cahil dediyimcun gunahmi gazandim?((
Cavab:
Və aleykum Salam. Qarşıdakı insana bir başa "sən cahilsən" və ya "sən müsəlman deyilsən" demək doğru deyil. Kəlmeyi-şəhadəti dilləri ilə deyib ona zidd əməllər edən insanlara bu kəlmənin mənasını gözəl şəkildə başa salmaq lazımdır. Uca Allah belə buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Daha ətraflı: