Müşrik kimdir və əlamətləri nədir?
Və aleykum Salam. "Müşrik" sözünün mənası "Allaha şərik qoşan" deməkdir. Allaha şərik qoşmaq isə Allaha xas olan ibadətlərdən (dua, qurban kəsmək, təvaf etmək, və s.) hər hansı birini Allahdan qeyrisi üçün etməkdir. Burada "Allahdan qeyrisi" dedikdə, hər şey nəzərdə tutulur, qəbir, ağac, daş, mələk, keçmiş saleh insanlar və s. Allaha şərik qoşmaq insanı İslamdan çıxarır və insanın xeyirli əməllərini puç edir. Uca Allah buyurur: "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65). Allaha şərik qoşmağın böyük günah olması və təhlükəsi barədə oxuyun:
Şirk nədir?
Şirkin növləri
Şirk necə yaranmışdır?
Yuxarıdakı əməlləri etmək şirk olsa da konkret olaraq hansısa bir insana dərhal müşrik hökmü verilmir, çünki həmin insan bu əməli bilməməzlik, səhv başa düşmə, yalançı din adamları tərəfindən aldadılma və ya digər üzrlü səbəblərə görə etmiş ola bilər. Həmçinin oxuyun:
Cahillik üzrlüdürmü?
Müşriklərlə necə rəftar edim?
Bilərəkdən və yaxud bilməyərək küfr edən birinə kafir demək olarmı?