Müşriklərlə necə rəftar edim?

    23.03.2018
Kimdən: 
vusale
Sual: 
Salam. muşrikleri inkar edmek olar ? men esidmsem ki musriklernen dansmaq olmaz onlarin yemeyinden yemey olmaz. Musriknen evlenmek olmaz.musrikler ucun dua edmek olmaz . axi menim ailem atam anam qardasim birde nisanlim musrikdi dinden uzaqdilar... xais edrem mene musrikler haqda etrafli yazardizda onlarla ece refdar edmek baresnde. bu meni cox sixir
Cavab: 

Va aleykum Salam. Sizin müşrik adlandırdığınız şəxslər özlərinə müsəlman deyirlər, lakin bilməyərəkdən şirk, küfr əməllər edir, namaz qılmır və İslamın buyurduğu digər ibadətləri yerinə yetirmirlərsə, bu o demək deyildir ki, onlar müşrikdirlər. Müşrik İslamdan qeyri dinlərə özlərini nisbət edən və Allahdan qeyrisinə ibadət edən, Allahın təkliyini, Muhəmmədin (salləllahu aleyhi və səlləm) peyğəmbərliyini qəbul etməyən insandır. Habelə, bir insan özünü müsəlman sayır, Allahın təkliyini, Muhəmmədin peyğəmbər olmasını qəbul edir, amma bilmədən bu əsaslara zidd olan əməllər edirsə, o, cahil və avam müsəlmanlardan sayılır. Belələrinə haqqı başa salmaq və onları şirkdən çəkindirmək lazımdır. Uca Allah buyurur: "Allah bir camaatı doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir". (ət-Tövbə, 115).
"Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: "Sən mömin deyilsən!" - deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi...". (ən-Nisa, 94). Daha ətraflı:
Müşrik kimdir və əlamətləri nədir?
Cahillik üzrlüdürmü?
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?
Şirk nədir?
Şirk necə yaranmışdır?
İslama dəvət necə olmalıdır? 

 

 

Paylaş: