Nə üçün qeyri-müsəlman ölkələrində yaşayanlar müsəlmanlardan daha dürüstdürlər?
Və aleykum Salam va rahmətullah. İslam dini insanlara dürüst və vicdanlı olmağı buyurur. Amma müasir vəziyyət onu göstərir ki, müsəlmanların bir çoxu özlərini İslama nisbət etsələr də, aralarında rüşvətxorluq, günahlar, yalan, müxtəlif təriqətlər və düşmənçilik mövcuddur. Buna səbəb isə müsəlmanların Allahın doğru yolundan uzaqlaşmaları, Allahın Kitabına sarılmamaları və Uca Allahın buyurduqlarına əməl etməmələridir. Lakin bu hal heç də bütün müsəlman ölkələrinə aid deyil. Bir çox müsəlman ölkələrində insanlar arasında kafir ölkələrində olmayan dürüstlük, əxlaq və yüksək ədəb vardır. Tarixə nəzər yetirsək görərik ki, müsəlmanlar Allahın dininə əməl etdikləri sürəcə izzət içində olmuşlar. Məsələn İslamın ilk yayıldığı dövrlərdə müsəlmanlar həm elmi, həm də maddi cəhətdən kafirlərdən qat-qat üstün olmuşlar. Bir çox elmlərin baniləri məhz müsəlmanlar olmuşlar. Bu barədə daha ətraflı oxuyun: