Öyrətmək məqsədilə öz etdiyin əməlləri danışmaq riya sayılırmı?

    18.02.2021
Sual: 
Essalamu aleykum. Allah bu saytda emeyi kecen her kesden razi olsun cox faydalaniriq. Menim sualim riyaya aiddi. insan biriyle dini movzuda sohbet ederken daha cox da izah ederken misal olaraq ozunden cekse bu riyadirmi? nafile ibadetler gizli qalmalidir amma sual verilende cavab vermek riya sayilirmi?Sual vermisdi qohumum men de bildiyimi izah eledim ve meselen "men de bele edirem bunu oyrenmisem, dogru bu curedr inseALlah" terzinde dedim meqsedim bildiyimi izah elemek idi.bu riyadirsa riyadan tovbe varmi? varsa tovbesi tovbeden sonra inseALlah emeller qebuldurmu? bir iki bu cur vesvesem var riya ile bagli men tovbe etmek isteyirem amma cox qroxuram aydinlasdira bilmirem riyadir yoxsa yox
Cavab: 

Və aleykum Salam.
1) Riya bir insanın başqaları onu tərifləsin deyə öz əməllərini göstərməsi və ya danışmasıdır. Əməllər niyyətlərə görədir, bir insanın özünü misal çəkməkdə məqsədi qarşısındakını öyrətmək olarsa, bu, riya sayılmır. Necə ki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox hallarda özünü misal çəkmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm". (ət-Tirmizi, 3895). Həmçinin oxuyun:
Əməllər niyyətlərə bağlıdır
Riyakarlıq hissindən necə xilas ola bilərəm?
Etdiyin yaxşılıqları kiməsə bildirmək günahdırmı?

2) Etdiyi ibadətləri və yaxşılıqları gizlətmək ixlaslı insanların adətidir, lakin soruşduqda bunları bildirmək olar. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrindən soruşdu: "Sizdən kim bu gün oruc tutaraq sabaha çıxdı?" Əbu Bəkr: "Mən!" deyə cavab verdi. O, yenə soruşdu: "Sizdən kim bu gün cənazəni müşayiət edib?" Əbu Bəkr: "Mən!" deyə cavab verdi. O yenə: "Sizdən kim bu gün bir kasıbı doyurub?" Əbu Bəkr: "Mən!" deyə cavab verdi. O, yenidən soruşdu: "Sizdən kim bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr: "Mən!" deyə cavab verdikdə, Peyğəmbər belə buyurdu: "Hər kimdə bu xüsusiyyətlər cəm olarsa, o Cənnətə daxil olar". (Səhih Muslim, 1028). Həmçinin oxuyun: Sədəqə verdiyini kiməsə bildirmək günahdırmı?

Teqlər: 
Paylaş: