İki və üçrükətli namazların sonunda təşəhhüddən sonra salavat demək vacibdirmi?

    04.02.2021
Kimdən: 
Züleyxa
Sual: 
Salam. Men Namaz qilmaga yeni bawlamiwam.Ve size sualım var,çox xahiw cavablandirardiz.Demeli men Namazi sizn sayti görmemiwden evvel taniwimdan öyrenmeye bawladm.oda menim kimi sünnidi.nece illerdi qilir.Mene rüketler haqqnda melumat verende dediEttahiyyatu,Allahumme salli,Allahümme barik,siginma duasi bir dene 4 rüketli namazlarin axirnci rüketinde deyilir yeni 3 rüketli axwam Namazı qilanda 3cü rüketin axirinda heç birin demirsen,elecede 2 rüketli sübh namazinda yalniz Ettahiyyatunu deyib Salam verib qutarirsan.Amma sonra menim qarwma bu sayt çxdi ve burda videoda ele olmadigini gördüm.Bura uygun qilmağa bawladim.Menim sualim buduki hemin qizin qildigi Namaz düzdür? Yeni ele qilmaq olar??
Cavab: 

Va aleykum Salam. Namazın son rükətində "Əttəhiyyətu" duasından sonra "Allahummə salli" və "Allahummə Bəərik" dualarını demək vacibdir. Əgər dediyiniz kimidirsə, rəfiqəniz yanlışlığa yol verir. Saytımıza əsasən rəfiqənizə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qılmasını izah edin. Daha ətraflı: 
Təşəhhüddə salavat nə vaxt deyilir?
Peyğəmbərimiz necə namaz qılardı?
Namazda birinci təşəhhüddə salavat və dua oxumağa görə səhv səcdəsi düşürmü?

Teqlər: 
Paylaş: