Cahil müsəlman ibadət edən xaçpərəstdən üstündürmü?
Va aleykum Salam.
1) Əgər məni şəhvət hissi ilə çıxmırsa və boşalmaya səbəb olmursa, bu halda qüsl etmək vacib deyil. Əgər məni (sperma) şəhvət hissi ilə çox miqdarda çıxarsa və insanın boşalmasına səbəb olarsa, bu halda qüsl etmək vacibdir. Bəzən kişilərdə sidiyə gedərkən sidik kanalında qalan müəyyən miqdar qatı məni sidiklə birgə xaric olur, məninin bu formada xaric olması qüslü vacib etmir. Həmçinin oxuyun:
2) Qiyamət günü o qədər dəhşətli bir gün olacaq ki, insanlar bu barədə düşünməyəcəklər. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Qiyamət günü siz ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız". Mən soruşdum: "Ya Rəsulullah, kişilər və qadınlar bir-birilərinə baxacaqlarmı?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onların işi elə çətin olacaq ki, bu onları heç maraqlandırmayacaq" (əl-Buxari, 6527). Həmçinin oxuyun:
3) Quran ayələrinə və hədislərə görə Cəhənnəmdə qadınlarla kişilər bir yerdə olacaq. Bir hədisdə rəvayət olunur ki, Peyğəmbərimizə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuxuda Cəhənnəmə düşən zinakar kişi və qadınlar göstərilir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları vəsf edərək belə buyurur: "Nəhayət, gəlib təndirə bənzər, üstü dar, altı geniş bir oyuğa çatdıq. Bu oyuğun altında atəş alovlanırdı. Alov hər dəfə (günahkarlara) yaxınlaşdıqda onlar yuxarı qalxırdılar, hətta, az qalırdı ki, oradan bayıra çıxsınlar, alov səngidikdə isə geri çəkilirdilər. Orada lüt kişi və qadınlar var idi" (əl-Buxari, 1386). Həmçinin oxuyun:
4) Müsəlman cahil olsa belə xaçpərəstdən daha üstündür. Çünki müsəlmanlar Allahın təkliyinə şahidlik edir, Onun Kitabına və göndərdiyi peyğəmbərlərin hamısına iman gətirirlər. Xaçpərəstlər isə İsaya ilah deyərək Allaha şərik qoşur və göndərdiyi son peyğəmbər Muhəmmədə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iman gətirmirlər. Onların ibadətləri Allaha şərik qoşmaqdan ibarətdir. Allaha şərik qoşularaq edilən ibadətlər isə, qəbul edilmir. Uca Allah onlar barədə buyurur: "De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər" (əl-Kəhf, 103-104). Həmçinin oxuyun: Xristianlar niyə kafirdir?