Şəhvət hissindən sonra dəstəmaz alıb namaz qılmaq olarmı?

    26.02.2021
Kimdən: 
anonim
Sual: 
Salam. 1)Haram videolara baxanda sonra gelen sehvet hissi ile destemaz alib namaz qilmaq olar? 2)27yasim var xanimam.subayam.ne qeder deyirem ele videoara baxmayim olmur.Aynan baxmayim yuxuma girir.dua etmeye bele.uzum yoxdu.qurtulmagi cox isteyirem olmur:(men ne edim?
Cavab: 

Va aleykum Salam. 

1) Çox vaxt şəhvət hissi məzi ifraz olunmasına səbəb olur. Odur ki, yaxşı olar şəhvət hissindən sonra yuyunub dəsətəmaz alınsın. Şeytanın vəsvəsə etdiyi pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq zikrləri deyin. Haram videolara baxmağın günah olması barədə bu cavabları oxuyun:
Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?
Zina, ona aparan yollar və ondan necə qurtulmaq haqqında

Pis yuxulardan necə qorunmaq olar? 

2) Günah etməyiniz sizi duadan və Allaha ibadətdən məhrum etməsin. Bu, şeytanın insanı azdırmaq üçün istifadə etdiyi vəsvəsədir. Dua özü bir ibadətdir və günahı tərk etməyə əsas səbəblərdən biridir. Uca Allah buyurur: "De: "Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi" (əl-Furqan, 77). Bu cavabları oxuyun:
Günahdan əl çəkə bilməyib dəfələrlə tövbəmi pozuram, nə edim?
İmanı artırmaq üçün nə etmək lazımdır?

Paylaş: