Bir iş alınmadıqda yenə cəhd etmək, yoxsa "qismət deyil" deyərək çəkilmək lazımdır?

    26.02.2021
Kimdən: 
miq
Sual: 
Salam.Biraz qəribə sual ola bilər. Mən müəllimlərin işə qəbulu imtahanına hazırlaşıram. 2 ildir universiteti bitirmişəm ibtidai sinif müəllimliyi üzrə. keçən il 48 yığdım . Bu il 53 və daimi işə qəbul ola bilmədim yalnız müqavilə. Sualım budur ki mənim yaxınlarım demək qismətin deyil boşver hazırlaşma kimi ifadələr söyləyirlər.Yəqin qismətində taleyində bu iş yoxdur deyirlər. ALLAHın acığına gedərmi qəbul olmadıqca yenə yenə çabalamağım? yəni qismət deyil deyib hazırlaşmayım mı ?
Cavab: 

Va aleykum Salam. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi". Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır". (Səhih Muslim, 2052). Bu hədis dəlalət edir ki, insan ona fayda verəcək işlərə daim can atmalıdır və gücü çatdığı təqdirdə geriyə çəkilməməlidir. Bu işində daim Allaha təvəkkül edib düzgün səbəblərdən tutunmalıdır. Əgər bundan sonra alınmasa "Bu Allahın qədəridir" deyib, geri çəkilməməlidir. Uca Allah buyurur: "İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır. Sonra da ona bunun əvəzi tam veriləcəkdir!" (ən-Nəcm, 39-41). Ola bilsin bu il qəbul olmaq sizə yazılmayıb, amma bir ildən sonraya yazılıb və bu sizin üçün daha xeyirlidir. Allahdan həmişə dünya və axirətiniz üçün xeyirli olanı diləyin. Qədəri yalnız Allah bilir, başqa heç kim bu işin sizin qismətinizdə olub-olmadığını deyə bilməz. Siz məqsədinizə nail olmağa çalışın. Allah kömək olsun! Daha ətraflı: 
Qədərə iman
Qədərə iman gətirməyin faydaları
İstixarə namazı necə qılınır?

Teqlər: 
Paylaş: