Tövbəmi pozduğuma görə namaz qılmağa utanıram, bu doğrudurmu?

    24.03.2021
Kimdən: 
Leyla
Sual: 
Zikrleri oxuyuram,namaz qiliram,Quran oxuyuram.Amma yene birde ayiliram ki tövbemi pozmusam.sonra Allahdan utandigimdan nece muddet namaz qila bilmirem.mene komek esin.nece edim tövbemi pozmayim.kamil imana catim.imanda möhkem olum.haramlardan uzaq olum.hec aglima getirmeyim
Cavab: 

Salam aleykum. Tövbəni pozduğunuza görə namazı tərk etməyiniz doğru deyil. Hər bir insan günah edir, günahsız insan yoxdur. Tövbə etmək isə günahları silir. Əgər tövbəni pozduğuna görə namazı tərk olunsaydı, o zaman gərək heç kəs namaz qılmasın. Əksinə siz namaz qılmadığınıza görə Allahdan utanmalısınız. Nə qədər günah etsəniz də, namazı tərk etmək olmaz. Namaz günahların bağışlanmasına və insanın günahlardan uzaqlaşmasına səbəbdir. Namaz insanı qəlbən təmizləyir və insanı pis işlərdən uzaqlaşdırır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: