Azan oxunan zaman tum çırtlamaq, saqqız çeynəmək və s. olarmı?

    06.04.2021
Kimdən: 
Azer
Sual: 
Salam Aleykum Azan zamani tum cirtlamaq,saqqiz ceynemek,musiqi dinlemek bunlar gunahdirmi?
Cavab: 
Va aleykum Salam. Azan müsəlmanları namaza, Allaha ibadətə səsləyən çağırışdır. Azan İslamın şüarıdır, nişanəsidir. Dinin nişanələrini uca tutmaq isə təqvadandır (Allah qorxusunu bildirir). Uca Allah buyurur: "Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlb­lə­rin təqvasın­dandı" (əl-Həcc, 32). Azan eşitdiyiniz zaman susub azanı dinləmək və müəzzinin dediklərini təkrarlamaq, sonra isə sünnədə gələn duanı demək bəyənilir. Daha ətraflı: 
Teqlər: 
Paylaş: