Övrət yerinə toxunmaq dəstəmazı pozurmu?

    27.04.2021
Sual: 
Salam Qüsl aldiqdan sonra qurulanarken el cinsi orqana deyerse yeniden destemaz alinmalidirmi?
Cavab: 
Va aleykum Salam. Cinsiyyət üzvünə bilavasitə, şəhvət hissi olmadan toxunmaq dəstəmazı pozmur. Bir hədisdə Peyğəmbər (ona və aiəsinə Allahın salavatı və salamı olsun) cinsiyyət orqanına əl vurduqda dəstəmazın pozulub-pozulmaması haqqında sual verən adama belə cavab verir: "Məgər, o sənin bədəninin bir parçası deyil?" (Səhih Sünən İbn Macə, 392. Əbu Davud, 180). Hədis dəlalət edir ki, toxunarkən şəhvət hissi yaranmırsa, həmin orqan bədənin bir hissəsi sayılır, çünki cinsi orqana şəhvətsiz toxunmaq, bədənin hər hansı hissəsinə toxunmaq kimidir. Cinsiyyət üzvünə şəhvətlə toxunduqda isə, dəstəmaz pozulur. Peyğəmbərin (ona və aiəsinə Allahın salavatı və salamı olsun) "Kim cinsiyyət orqanına (bilavasitə şəhvətlə) toxunarsa, dəstəmaz alana qədər namaz qılmasın" (ət-Tirmizi, 82) hədisi də məhz övrət yerinə şəhvətlə toxunmağa aiddir. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər hansılardır?
Teqlər: 
Paylaş: