Ov itinin tutub gətirdiyi ov murdar sayılırmı?

    23.04.2021
Kimdən: 
Allah bendesinen
Sual: 
Va aleykum Salam. Dinimiz iti yalnız üç məqsəddən biri üçün saxlamağı icazə verir: 1. Həyəti, bağı və s. qorumaq məqsədilə; 2. Ov məqsədilə; 3. Mal-qara otarmaq məqsədilə besh bu it gedib ovu agziyla getirede ov murdar sayilmiyacaqki????
Cavab: 

Və aleykum Salam. Qeyd edək ki, itin ağız suyu nəcis (murdar) sayılır və onun ağız suyu dəyən yeri birində torpaq (və ya yuyucu vasitə) istifadə etməklə yeddi dəfə yumaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu xüsusda buyurur: "Sizdən birinizin qabını it yaladıqda, onu birincisi torpaq, qalanları da su ilə yeddi dəfə yuyaraq təmizləsin!" (ən-Nəsai, 67).  

Lakin, dinimiz ov itinin tutub gətirdiyi ovu istisna etmişdir, ov itinin tutduğu ovu (itin ağzı dəydiyi yeri) bir dəfə yumaq kifayətdir. Uca Allah buyurur: "Səndən özlərinə nəyin ha­lal edildi­yi­ni soruşurlar. De: "Tə­miz ne­mətlər və Allahın si­zə öyrət­di­yindən təlim edib əh­li­ləş­dir­di­­yiniz yır­tıcı heyvan­la­rın ovla­dıq­ları sizə halal edildi. On­­ların si­zin üçün tutub gətirdiklərin­dən yeyin və ova gön­dərərkən onların üzərinə Alla­hın adını çəkin. Allahdan qor­­xun!" (əl-Maidə, 4). Uca Allah burada ov heyvanlarının tutduğu ovun halal olduğunu və murdar olmadığını bildirir. Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gələn çoxsaylı hədislərdə də ov heyvanlarının tutub gətirdiyi ovun təmiz olduğu bildirirlir. Həmçinin oxuyun: İslam Fqhi: Öyrədilməmiş itlə ov ovlamaq
Paylaş: