Dul qadın özü üçün kəbin kəsdirə bilərmi? Qadın heyz halında olarsa, nikah bağlaya bilərmi?
Sual:
Salam.dul qadın özü üçün kebin oxuya bilermi.ve bilerse bu heyz halında mümkünmü?
Cavab:
Va aleykum Salam. Bakirə və ya dul olmasından asılı olmayaraq qadın vəlisinin (ata, yoxdursa qardaş, yoxdursa əmi, yoxdursa baba və s.) icazəsi olmadan kəbin kəsdirə bilməz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "vəlisiz nikah yoxdur" deyə buyurmuşdur. (Əbu Davud, 20; ət-Tirmizi, 14; İbn Məcəh, 15). Başqa bir hədisdə isə belə demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Nikah bağlanarkən qadının heyz halda olmasının nikaha təsiri yoxdur. Daha ətraflı: