Ailə qura bilməməyim cadu səbəbilə ola bilərmi?

    18.06.2021
Sual: 
Salam. Zehmet olmasa mene yol gorsedin.Men xanimam subayam 27 yawim var.Cox cox uzr istiyirem, hec cur ere gede bilmirem. butun qohum egraba deyirki size cadu olunub. butun yollarimiz baglidi. gelmek istiyen elciler gelmemiw dala qayidirlar, adimizi cekenler sebebsiz yox olurlar. Yuxumdada tez tez mene deyirler ki size cadu olunub. evde quran oxudan kimi istiliy ter basir suyun icinde oluram,esnemey tutur, gah baw agrilari olur gahda soz sohbet. Evden cole cixmaq istemiriy,qapanmiwiq eve. Sebebsiz yere kovrelmek aglamaq ozune qapanmaq var bizde. Butun deyilen ruqyeleri etmiwem xeyri yoxdu. Mene komey edin xahiw edirem
Cavab: 

Və aleykum Salam. Allaha dua edirik ki, sizə kömək olsun, dünya və axirətiniz üçün xeyirli olacaq həyat yoldaşı nəsib etsin! İlk növbədə Allaha çoxlu dua edərək çətinliklərinizin aradan qalxmasını və sizə xeyirli həyat yoldaşı yetirməsini istəyin, duanızın qəbul olunması üçün şəriətdə buyurulan yollardan istifadə edin. Daha ətraflı: Duaların qəbul olması üçün nə etməliyik?

Baş verən çətinliklərin cadu ilə əlaqəli olub-olmamasını demək çətindir. Cadu və ya şeytanın vəsvəsəsi nəticəsində Quran dinləyən insanda dediyiniz kimi hallar baş verə bilər, buna fikir verməyərək hər gün Quran dinləməyə və oxumağa davam etmək lazımdır. Bir müddət səbr etsəniz, Allahın izni ilə bu hal sizdən keçib gedəcək. Allahı çox zikr etmək, hər gün bir neçə saat Quran oxumaq və ya dinləmək, Qurandan ruqyə ayələrini davamiyyətli oxumaq və ya oxutdurmaq cadunun batil olması üçün səbəblərdəndir. Həmçinin oxuyun:

Cadudan necə qorunmaq olar?

Paylaş: