Peyğəmbərin ﷺ adı çəkiləndə salavatı ürəkdə demək olarmı?

    21.05.2021
Sual: 
Assalamu Alekum dəyərli qardaşlar. Sizə bir neçə sualım olacaq Allahın izni ilə. 1.Hər hansı bir hədis, rəvayət oxuyanda və ya Peyğəmbərimizin (sallallahu alehi və səlləm) adını bir yerdəoxuyanda(məs kitabdan) salavatı ürəyimizdə deməliyik? yoxsa mütləq dil və dodaq tərpənməlidir? 2.Burada sual verilmişdir ki cümə günü 2 dəfə azan vermək bidət yoxsa sünnədir?cavabında isə sünnədir demişdiniz.O vaxtı axı fərqli məkanlarda azan verilirdi indi isə eyni məkan da verilir.Fərqli deyilmi? Əvvəlcədən təşəkkür edirəm.Allah razı olsun!
Cavab: 
Va aleykum Salam. 
1. Zikr və ya salavat dedikdə, dodaqlar az da olsa tərpənməli və insan özünün nə dediyini hiss etməlidir. 

2. Bidət (dində yenilik), şəriətdən olmayan əməldir. Sizin qeyd etdiyiniz əməlin isə şəriətdə əsli var. Daha ətraflı: 

Səhabələrin dövründə səsgücləndirici cihazlar olmadığı üçün azanlardan biri bazarda, digəri isə məsciddə verilirdi. Hal-hazırda səsgücləndirici cihazlar olduğu üçün hər iki azan eyni yerdən, yəni məsciddən verilir. Həmçinin oxuyun:
Paylaş: