Cümə günü iki dəfə azan vermək bidətdirmi?
Sual:
Assalamun Alekum və rəhmətullah dəyərli qardaşlar.
Bir neçə sualım olacaq.Haqqınızı halal edin.
1.Salamın sonunda "və məğfiratu" demək olar?
2.Gecə yatarkən dəstəmaz pozularsa,və dəstəmaz almaq şəraiti olsa belə təyəmmüm alib yatmaq olar? yorğun oluram dəstəmaz almaq çətin gəlir.Dəstəmazsız yatmaqdansa təyəmmüm edib yatsam daha yaxşı deyilmi?
3.Cümə günü məsciddə 2dəfə azan vermək bidətdir?
4.Misyar nigahı halaldırmı?
5.Hədis ayəni nəsx edə bilərmi?
6.Al Anbiyya sürəsi 31ci ayə təsfirini necədir?Bəziləri irad tutur ki burada ziddiyyət var.Belə ki dağlar olan yerdə ən çox zəlzələ var və dağlar zəlzələnin qarşısını almır və ən cox fəlakət daglar olan yerdə olur.Allah Sizdən razı olsun!
Cavab:
Va aleykumus-sələm və rahmətullahi və bərakətuhu.
1) Salam verərkən və ya alarkən sonuna "və məğfiratuhu" (və Allahın bağışlanması olsun) sözünü əlavə etmək olmaz. Çünki, bu haqda rəvayət olunan hədislər səhih deyil. Salam verməyin ən kamil forması "əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu" - (sizə salam olsun, Allahın rəhməti və bərəkəti yetişsin!) kimidir. Həmçinin oxuyun: Sizə salam olsun!
2) Dəstəmaz almağa hər hansı bir maneə olmadıqda təyəmmüm etməyə icazə verilmir. Təyəmmüm yalnız dəstəmaz üçün su tapmadıqda, xəstəlik və ya digər üzürlü səbəblər olduqda yerinə yetirilir. Həmçinin oxuyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
3) Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə Cümə namazı üçün yalnız bir azan - Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xütbə vermək üçün məscidə daxil olarkən verilirdi. Lakin üçüncü raşidi xəlifə Osmanın (Allah ondan razı olsun) dövründə Mədinə genişləndi və sakinləri çoxaldı. Osman (Allah ondan razı olsun) müsəlmanların mənafeyini nəzərə alaraq Cümə günü iki azan verməyi məsləhət gördü. Birinci azan Cümə namazından təqribən bir saat əvvəl bazarda verilirdi. Bunun məqsədi insanlara Cümə namazının yaxınlaşdığını xəbər vermək idi. İkinci azan isə, imam xütbə vermək üçün minbərə qalxdıqda verilirdi. Osmanın (Allah ondan razı olsun) bu qərarı digər böyük səhabələr tərəfindən də yaxşı qarşılandı və ondan sonra xəlifə olan Əli (Allah ondan razı olsun) də bu əməli davam etdirdi. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Mən sizə mənim sünnətimə və hidayətdə olan raşidi xəlifələrin sünnəsinə sarılmağı tövsiyə edirəm. Ona möhkəm sarılın və ondan arxa dişlərinizlə yapışın...". (Əbu Davud, 4607). Osman (Allah ondan razı olsun) raşidi xəlifələrdən olduğu üçün onun qoyduğu sünnəni götürmək bidət (dində yenilik) sayılmır. Xüsusən də, onun dövründə yaşamış Əli ibn Əbu Talib, Abdur-Rahmən ibn Auf, Talhə ibn Ubeydullah, əz-Zubeyr ibn əl-Əvvam (Allah onlardan razı olsun) kimi Cənnətlə müjdələnmiş böyük səhabələr onun bu qərarına etiraz etmədilər. Həmçinin oxuyun: Səhabələr kimlərdir?
4) Misyar sözü ərəbcə "getmək və ya səyahət etmək/səfərdə olmaq" mənasına gələn "seyr" kəlməsindən əmələ gəlmişdir. Misyar nikahı adi nigahdır. Bu nikah da vəlinin (qızın himayədarının) izni və iki şahidin iştirakı ilə kəsilir. Həmçinin mehr təyin olunur. Nikahdan sonra qadın kişinin arvadı sayılır və tam olaraq hüquqlarına malik olur. Sadəcə bu nigahın belə adlanmasına səbəb qadının öz haqqlarından (ev, pul sərf etmək, mehr və s.) bəzilərindən imtina edir. Məsələn, nikah bağlandıqdan sonra qadın atasının evində qalır, ərindən ona birinci arvadına sərf etdiyi məsrəfi tələb etmir, müntəzəm olaraq onu ziyarət etməsini şərt qoymur və s. Lakin, buna baxmayaraq qadın kişinin qanuni arvadı olur və uşaqları atasına nisbət olunur, kişi ölərsə, qadına miras düşür, nigah daimi olur. Bu cür nigah icazəlidir. Bunda şəriətə müxalif heç bir şey yoxdur. Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları
5) Quran və hədislər şəriət əhkamlarının əsası olaraq eyni dərəcədədirlər. Uca Allah buyurur: "And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi". (ən-Nəcm, 1-5). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə Quranla birlikdə onun bənzəri (hədislər) verilmişdir". (İmam Əhməd, 17174). Hədislər Quranı açıqlayır. Quranda ümumi bildirilən bir hökm hədislər vasitəsilə xüsusiləşə bilər. Məsələn Uca Allah Quranda nikah edilməsi qadağan olunan qadınları bildirdikdən sonra buyurur: "Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi". (ən-Nisa, 24). Ancaq qadağan olunanlar içərisində bir qadını onun bibisi və ya xalası ilə ərdə olan kişiyə ərə verilməsinin qadağan olunması qeyd edilməmişdir. Lakin, səhih hədis bunu qadağan etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm)) demişdir: "Peyğəmbər qadını bibisinin və ya xalasının ərdə olduğu kişiyə ərə verməyi qadağan etmişdir". (Səhih əl-Buxari, 5108). Həmçinin nəsx də belədir. Səhih hədis Quran ayəsini nəsx edə bilər. Məsələn, Uca Allah buyurur: "De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Ənam, 145). Bu ayəyə əsasən ev eşşəyinin əti də halaldır. Lakin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Xeybər döyüşündə bildirmişdir ki, ev eşşəyinin əti haramdır. Bu ayə ilə hədis arasında zidiyyat yoxdur. Bu ayə Xeybər döyüşündən iki il əvvəl nazil olmuşdur. Beləliklə, aydın olur ki, səhih hədis ayəni nəsx edə bilər. (Bax: "Ədvaul-Bəyan", 2/451-452). Həmçinin oxuyun:

Quranda nəsx olunmuş ayələr hansılardır?
6) Uca Allah buyurur: "Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq". (əl-Ənbiya, 31). Uca Allah yer üzündə dağları istehkam olaraq yerləşdirmişdir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkələnməməyi üçün Allah yerdə nəhəng dirəklərə bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməzdilər. Zəlzələlər və təbii fəlakətlər həm dağlıq, həm də düzənlik ərazilərdə baş verir. Bu ayədə dağların yaradılış məqsədindən danışılır və dağların, ümumiyyətlə, fəlakət olmadığı halda yerin insanları silkələməməsi üçün yaradıldığı bildirilir. Zəlzələdən isə söhbət belə getmir.