Quranda nəsx olunmuş ayələr hansılardır?

    15.08.2019
Kimdən: 
İslam əxlaqı
Sual: 
Salam aleyküm. 1."Əshabi-kəhf"haqqında ətraflı yazarsızmı? 2.Qurani kərimdə nəsx olunmuş ayələri yazında 3.Bəzi insanlar deyirlərki əhli sünnə məşğul olanlar vahhabilərdi bu doğrudur? 4.Şiyə əzanı varmı axı azan birdi ama şiyə əzanında bidətlət var bu haqda nə deyə bilərsiz?
Cavab: 

Və aleykum Salam. 
1) Əshabi-Kəhf barədə ətraflı məlumatı bu sualların cavablarından oxuyun:
Əshabi-kəhf kimlərdir?
Kəhf surəsinin nazil olma səbəbi və 18-ci ayəsinin təfsiri haqqında

2) İslam alimi əs-Suyuti özünün "əl-İtqan fi Ulumil-Quran" əsərində bildirmişdir ki, ümumilikdə Quranda nəsx olunmuş ayələrin sayı 20-dir. Bu ayələr 11 müxtəlif surələrdə yerləşir. Lakin bəzi alimlər nəsx olunmuş ayələrin sayının daha artıq, bəziləri isə bundan daha az olduğunu demişlər. Bu ayələrdən bəzilərini qeyd edirik:
1. əl-Bəqərə surəsi, 184-cü ayə. Bu ayəni özündən sonrakı 185-ci ayə nəsx etmişdir.
2. əl-Bəqərə surəsi, 240-cı ayə. Bu ayəni özündən əvvəl gələn 234-cü ayə nəsx etmişdir.
3. əl-Bəqərə surəsi, 219-cu ayə. 
4. ən-Nisa, 43.
5. ən-Nəhl, 67. Sərxoşedici içkilər barədə gələn bu 3 ayəni (4-5-6) əl-Maidə surəsinin 90-cı ayəsi nəsx etmişdir. 
6. ən-Nisa, 15-16-cı ayələr. Zinakarların hökmü barədə gələn bu ayələri ən-Nur surəsinin 2-ci ayəsi, həmçinin, evli zinakarın daşqalaq olması barədə hədis nəsx etmişdir.
7. əl-Ənfal surəsi, 65-ci ayə, özündən sonra gələn 66-cı ayə ilə nəsx olunmuşdur.
8. əl-Mucadələ surəsi 12-ci ayə, özündən sonra gələn 13-cü ayə ilə nəsx olunmuşdur.

3) Əhli-Sünnəni vəhhabi adlandırmaq cahillikdir. Çünki, İslamda vəhabi adlanan bir əqidə yoxdur. Həmçinin oxuyun:
Hansı məzhəb düzgündür?
Vəhhabi kimlərdir?

4) Bu sualların cavablarını oxuyun:
Azan
Hz. Əlinin adı azana nə vaxt salınıb?
Azan verəndə şəhadət necə deyilir?

 

Paylaş: