Namaz qılacağını, lakin hicab geyinməyəcəyini deyən qadına nə demək lazımdır?

    18.06.2021
Kimdən: 
Sahib
Sual: 
Salam. Zovcem namaz qilacam amma hec vaxt hicab geymeyecem deyir. Bu halda ne etmeliyem?
Cavab: 
Və aleykum Salam. Əvvəl həyat yoldaşınız namaza başlasın, çünki namaz daha önəmlidir. Allahın izni ilə namaz onu hicab geyinməyə sövq edəcək. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir".  (əl Ənkəbut, 45). Bununla yanaşı zövcənizə gözəl şəkildə hicabın vacibliyini izah etməkdə davam edin. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə (Allah onlardan razı olsun) tövsiyə edərək belə deyərdi: "(Dini) asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət oyatmayın!" (əl-Buxari, 69; Muslim, 1732, 1734).
Ola bilsin hal-hazırda şeytan ona hicab geyinməyi çətin bir əməl kimi göstərsin. Həyat yoldaşınızı tanıdığınız müsəlman ailələrin hicablı qadınları ilə tanış edin. Bu, onda hicaba qarşı olan mənfi fikrin aradan qalxmasına səbəb olacaq. Daha ətraflı:
Teqlər: 
Paylaş: