Qayınatası ilə zina edən gəlin ərinə halal sayılırmı?
Sual:
Salam bir qadın eger qaynatasıyla cinsi elaqede olubsa eri ola ola yeniden tövbe edib eriyle kebine gire bilermi? Yoxsa haramdır çunki Nisa suresinde yazilibki atalarinizin evlendiyi qadinla evlenmeyin Ilk başdan aile qurur bir müddetden sonra eri ile kebinde ola ola qaynatasıyla cinsi elaqede olubsan ve ondan sonra tövbe edib eriyle yeniden kebine gire bilermi?
Cavab:
Və aleykum Salam. Qayınata və gəlin biri-birilərinə məhrəm sayılır. Ata, öz belindən gələn oğlunun arvadı ilə evlənə bilməz, hətta gələcəkdə oğul arvadını boşamış olsa belə, atanın bu qadınla evlənməsi haramdır. Məhrəm insanların zina etməsi isə daha böyük günahdır. Odur ki, həm qayınata, həm də gəlin tövbə etməli və gələcəkdə bir daha belə bir hadisənin təkrarlanmaması üçün biri-birilərindən ayrı yaşamalıdırlar.
Qayınatası ilə zina etmiş qadının ərinə halal olub-olmaması məsələsinə gəlincə, bu məsələdə alimlər arasında fikir ayrılığı var. Üstün rəyə görə qayınatası ilə zina etmiş qadın ərinə (zina etdiyi kişinin oğluna) haram olmur. Çünki ayədə Uca Allah: "Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur". (ən-Nisa, 22) buyurmaqla ataların qanuni nikahla evləndiyi qadınların oğula haram olduğunu bildirmişdir. Zina isə qanuni evlilik deyil. Qaynatası ilə zina etmiş qadın tövbə etdikdən sonra yeni kəbin kəsilmədən əri ilə evliliyinə davam edə bilər. Həmçinin oxuyun: