Ərim məni digər zövcəsindən çox sevsin deyə dua edə bilərəmmi?

    22.02.2022
Kimdən: 
Anonim
Sual: 
Salam.Nisa 129sureni oxudum Ve burda oxudumki kişi oz xanimlarini eyni derecede seve bilmir,cunki qelbe hakim olmaq onun elinde deyil,Men yoldaşimin 2ci xanimiyam,her birimize eyni baxir.çox qisqancam eziyet cekirem,Cox agladim saytda oxuyandaki eyni sevmek,meyl elemek mumkun deil.Allaha aglayaraq dua ediremki erim maddi cehetden heç mene baxmasa da olar,esas ikimizide eyni sevsin.sonra burani oxudum bildim ki mumkun deil.Men bilmirem erim kimi dahaçox sevir.Istiyirem erim hamimizi sevsin ama meni daha çox.bu isteyim şeytan vesvesidi? Eger men çalişsamki erim meni birinci xanimdan daha çox sevsin, onda gunah qazanmiş oluram? Bele etsem birinci xanimin haqqina girecem? Cox pisem ne edim?
Cavab: 
Və aleykum Salam. Dinimiz birdən artıq zövcəsi olan kişilərə zövcələri arasında ədalətli davranmağı buyurmuşdur və qadınlar arasında ayrıseçkiliyi qadağan etmişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kimin iki zövcəsi olsa və o, zövcələrindən yalnız birinə meyl etsə, Qiyamət günü üzünün bir tərəfi əyilmiş halda gələcək" (Əbu Davud, 2133, 2135). Lakin Uca Allah sevgidə və şəhvət hissində bu bərabərliyin mümkün olmadığını bildirərək buyurur: "Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir" (ən-Nisa, 129). İbn Kəsir bu ayənin təfsirində deyir:
"Yəni "Ey insanlar! Qadınlar arasında hər cəhətdən ədalətli davranmağa əsla gücünüz çatmayacaq. Zahirən bir gecə birinə, bir gecə digərinə ayırmaqla bərabərlik meydana gəlsə də, sevgidə, şəhvətdə və cinsi əlaqədə mütləq qeyri-bərabərlik olacaq".
Sizin üzərinizə düşən bunu dərk edib Allah üçün səbir etmək və ərinizin sizi daha çox sevməsi üçün dua edib ərinizdə sizə qarşı sevgi artıran əməllər (bəzənmək, xoş münasibət, və s.) etməkdir. Belə etməklə ərinizin digər zövcəsinə haqsızlıq etmiş olmursunuz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: