Kommunal xidmətlərə görə pul verməmək olarmı?
Sual:
Assalam alekum rahmatullah bir qardawimiz deyir ki tagutu mali bize halaldir yeni iwigidı,gazidi gizlin iwletmek bize halaldir , menim ise onla razilawmiram .Quran ve sunneden nese bilirsizse in Wa Allah sizin de fikrivizi bilmek isterdim
Cavab:
Va aleykum salam və rahmətullah. Tağut dedikdə kafir dövlətlər nəzərdə tutulur. Şəri dəlillərə və alimlərin rəyinə əsasən ölkəmiz müsəlman ölkəsidir. Əgər bir ölkədə əhalinin çoxu müsəlmandırsa, islam ayinləri icra olunursa (məsələn, cümə namazı, Qurban, Ramazan bayramları və s.), onda həmin ölkə şəriət qanunları ilə idarə olunmasa belə müsəlman ölkəsi sayılır. Daha ətraflı: Tağut nədir?
Uca Allah haqsız yerə başqasının malını mənimsəməyi qadağan etmişdir. İşıq, qaz, su və digər kommunal təchizat idarələrinin insanlara təqdim etdikləri xidmətlər maddi məsrəflər hesabına əldə olunur və bu xidmətlər müəyyən məbləğə əhaliyə satılır. Hər bir insan istifadə etdiyi kommunal xidmətin haqqını ödəməlidir. Daha ətraflı: