Zinakar qadın tövbə edibsə, onunla evlənmək olarmı?

    03.09.2021
Sual: 
Assalamu Aleykum.Evliyem ve zovcemi atası gile gondermisdim. Bir gun bir meclise getdim ve orada exlaqsiz qadin oldugunu ve gedeceyimi bildirdim. Onu da aparmagimi istediler. Onu apararken devet etdim islama. Qisasi qadinla sonra da gorusdum ve tovbe etdi. Zina xaric biraz gunah isledim ve ikimiz de tovbe ettik.Qadin indi namaz qilir ve islama gelib. Mene gore,halal islediyi normal isini terk edib.3 evi var.Yalniz bir evinde haram yoldan qazandigi pay var.Atasi anasi menimle evlenmeyine razi deyil.Qardaslari var.1 oglu var.Ata anasina qadin baxir.Ve mal mulk elden getmemesin deye qadina raziliq vermirler.Men qadin dogru yola geldiyi ucun evlenmek ist. qadinla nece evlene bilerem ve olarmi?
Cavab: 
Və aleykum Salam. Əgər qadın etdiyi günah əməldən tövbə etmişsə və tövbəsində sadiqdirsə, bu qadınla evlənmək icazəlidir. Lakin qadınla evlənmək üçün onun vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi mütləqdir. Qadına vəli ilk növbədə atası olmalıdır. Əgər qızın atası oğlanın dinində və əxlaqında heç bir nöqsan olmadan, səbəbsiz yerə qızının evlənməsinə maneçilik törədirsə, bu halda qadının həddi-büluğa çatmış oğlu öz anasına vəlilik edə bilər. Daha ətraflı:
Paylaş: