Məğrib namazının təşəhhüdündə olarkən, İşa namazının azanı verildisə, namaz sayılırmı?
Sual:
Salam aleykum. Namaz qılarken növbeti namazın azanı verilirse bu namaz batildirmi? Yeni meselen men meğrib namazını qılarken çatdıra bilmedim men teşehüdde olanda işanın azanı verildi bu zaman meğrib namazı batilmi olur.
Cavab:
Va aleykum Salam. Əgər İşa namazının azanı verilməzdən əvvəl Məğrib namazının bir rükətini qıla bilmisinizsə, artılq Məğrib namazını çatdırmış sayılırsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim günəş çıxmadan öncə Sübh namazının bir rükətini qılarsa, Sübh namazına çatmışdır. Kim günəş batmadan öncə Əsr namazının bir rükətini qılarsa, Əsr namazına çatmışdır". (Səhih əl-Buxari, 579; Səhih Muslim, 608). Həmçinin oxuyun: