Evimizi tikib axıra çatdıra bilməmək cadu və gözdəymə əlaməti ola bilərmi?
Sual:
Salam.uc usaq anaslyam cox kaslb heyat yasamlwam ama indi ev tikirik ve bir aydlrki isler getmir gunde bir prablem clxlr evi qaldlra bilmirik bir aydlr elebil her wey nefse dusub evin her bir weyide hazlrdl ama isliye bilmirler.cox xaiw e..m.deyin bu cadu elameti olabiler yoxsa goz deymesi.ozumde namaz qllanam uwaqlarimda qlllr.her gunde coxlu zikir eliyirik.ama cox cetinlikler cekirik.bu cetinliklere baxmayaraq Allaha şukur eliyirem sebr eliyirem.qraxdan baxanlar deyir ne pis gundesiniz yazlxslnlz..ama olarada deyirem buna gore hec aslıllamlram. cetin gunum olsada ureyimde boyuk bir umidim var Allaha ki her wey yolna geler deye.birce narahatam cadu elameti olmasln.mene bir Aydlnllx getirerd
Cavab:
Va aleykum Salam. Ümumiyyətlə həyatda baş verən hər uğursuzluğu cadu və sehr ilə əlaqələndirmək düzgün deyil. Qeyd etdiyiniz hal gözdəymə yaxud cadu ola da bilər, olmaya da bilər. Hər bir halda ilk növbədə düzgün səbəblərdən tutunaraq Allaha təvəkkül etmək və məqsədə çatmaq üçün çalışmaq lazımdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: Bir şey istəyəndə Allahdan istə! Kömək dilədikdə Allahdan dilə! Bil ki, əgər bütün ümmət (bəşəriyyət) birləşib sənə bir xeyir vermək istəsə, yalnız Allahın yazdığı qədər xeyir verə bilərlər. Əgər toplaşıb sənə nəsə bir zərər vermək istəsələr, yalnız Allahın yazdığı qədər zərər verə bilərlər. Artıq qələmlər qaldırılıb, vərəqlər də qurumuşdur". (ət-Tirmizi). Həmçinin buyurur: "Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə etsəydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi" (qadərallahu və mə şəə fəalə). Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır" (Muslim, 2052).
Hər bir halda evdə Quran ayələrinə qulaq asın, Quran ayələrini suya oxuyub için və həmin sudan evə və evin ətrafına səpin. Daha ətraflı: