İnsanın haqq yoldan azması öz iradəsi ilə baş verirmi?
Sual:
Salam aleykum və rəhmətullah qardaşlar.Uca Allah elminizə bərəkət versin.
1.İnsan necə azğınlaşır? insanın özümü azğınlaşır yoxsa Allah onu azğınlaşdırır?yəni bu insan iradəsi ilə baş verir? İnsan öz iradəsi ilə azğınlaşır?
2.dua edəndə və ya namaz qılanda ağlamaq istəyirəm amma ağlaya bilmirəm,mənim imanım zəifdir ? Mən nə edə bilərəm?
3.Dualar necə edilir? Hansı sözlər işlədilir? Yəni xeyirli dualar necə edilir peyğəmbərimiz necə dua edirdi? Bu haqda kitab məsləhət görərsiz?
4.İnsan özü doğ
Cavab:
Və aleykumus-Sələm və Rahmətullah.
1. İnsanın azması onun öz iradəsi ilə baş verir. Uca Allah bu xüsusda buyurur: "Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz". (əs-Saff, 5). İman itaətlə artır, asiliklərlə azalır. Yəni yaxşı əməllər imanın artmasına səbəbdir. Günahlar isə imanın azalmasına səbəb olur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Paltar köhnəldiyi kimi, iman da köhnələr. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim, 5). İmanı artırmaq üçün isə yaxşı əməlləri artırmaq, nafilə namazlar qılmaq, Allahı çoxlu zikr etmək, Quran oxumaq, sədəqə vermək, faydalı elm öyrənmək kimi xeyirxah işləri çoxaltmaq və günahlardan çəkinmək lazımdır. Həmçinin oxuyun:
2. Dua edərkən və ya namaz qılarkən ağlamaq insanın daxilindən gələn bir hisdir. Düzdür, Allahı yad edərkən ağlamaq imandan irəli gəlir, lakin kiminsə ibadət edərkən ağlaya bilməməsi heç də onun imanının zəif olması anlamına gəlmir. Həmçinin oxuyun: Dua edərkən gözlərin yaşarması barədə
3. Dua ən əzəmətli ibadətlərdən biridir. Duanın ədəbləri, qəbul olunmasının şərtləri və vaxtları var. Dua edərkən əvvəlcə Uca Allaha həmd etmək, Onu adları ilə çağırmaq, Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) salavat gətirmək və Allah Təalanın tükənməz nemətlərini etiraf etmək duanın qəbul olunması üşün əsas səbəblərdəndir. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin". (əl-Əraf, 180). Həmçinin oxuyun: