Dəstəmazdan sonra alt paltarına damcı düşərsə, onu dəyişmək lazımdırmı?
Sual:
Salam destemazdan sonra alt paltarina sidik damcisi duserse alt paltarini deyismeliyik?bes deyismeliyikse ve bu hadise 5vaxt basimiza gelerse alt paltarini catdira bilmesek nece
Cavab:
Va aleykum Salam. Namaz qılan kəs paltarını sidik və nəcasətlərdən təmiz saxlamalıdır. Bunun üçün ayaqyolunda hər dəfə təbii ehtiyacları ödədikdən sonra nəcasət çıxan yerləri yumaq və ya salfetka ilə quru olana qədər təmizləmək lazımdır. Əgər sidiyin gəlməsi xəstəlik halını almışsa, bu halda hər namazın vaxtı girdikdə yuyunub dəstəmaz almalı, bundan sonra sidiyin gəlməsinə fikir verməməlidir. Sidiyin alt paltarına dəyməməsi üçün övrət yerinə əsgi və ya salfetka qoymaq lazımdır. Hər dəstəmaz aldıqda sidik dəymiş həmin əsgini və ya salfetkanı təzəsi ilə dəyişməlidir. Ətraflı bu cavabları oxuyun: