Tez-tez sidik damcıları gələn adam necə dəstəmaz alıb namaz qılmalıdır?

    14.07.2017
Sual: 
Salam aleykum.mende deatemaz alandan sora bir ve yaa iki damci sidy ifraz olur bu destamazi pozurmu.qeyd edimki bu namaz vaxtinda da gelir
Cavab: 
Va aleykum Salam. Dəstəmaz aldıqdan sonra və ya namaz əsnasında bu cür fikirlərin gəlməsi şeytanın ibadəti çətin göstərmək üçün etdiyi vəsvəsədir. Vəsvəsəyə fikir verdikdə daha da çoxalır. Ona görə də, ta əmin olmadıqca bu cür şeylərə fikir verməmək lazımdır. Lakin, həqiqətən də belə bir xəstəliyiniz varsa və dəstəmaz alandan sonra, namaz qıldıqda tez-tez az miqarda sidik ifraz olunursa, siz xəstə insanın hökmünə girmiş olursunuz və üzrlü sayılırsınız. Hər namazdan qabaq dəstəmaz alıb namazınızı qılın və sidiyin gəlməsinə fikir verməyin. Namazdan sonra isə sidik dəyən yeri təmizləyin. Daha ətraflı:
Paylaş: