Namazda Fatihə surəsini oxuduqdan sonra
Sual:
Salam. Namazda Hemd suresini oxuduqdan sonra Amin demek namazi batil edir?
Cavab:
Aleykum salam. "Əmin" sözünün mənsaı "Allahım, qəbul et!" deməkdir. Namazda "Fatihə" surəsini oxuduqdan sonra "Əmin" demək müstəhəbdir (bəyənilən əməldir). Vail ibn Hucr deyir ki, "Peyğəmbər Fatihə surəsində "Vələddallin" sözünü dedikdən sonra, uca səslə "Əmin" deyərdi" (Əbu Davud, 920; ət-Tirmizi, 248). Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İmam "Əmin" dedikdə siz də "Əmin" deyin. Həqiqətən, kimin "Əmin" deməsi mələklərin "Əmin" demələri ilə üst-üstə düşərsə, keçmiş günahları bağışlanar". (Səhih əl-Buxari, 780; Səhih Muslim, 307). Həmçinin oxuyun: "Əmin" sözünün mənası nədir?