Nəyə görə bəzi məzhəblərdə Quranın tərcüməsini oxumağa icazə verilmir?
Aleykum salam. Qurani Kərim ərəb dilində nazil olmuşdur. Ərəb dilini bilməyən və yenicə İslamı öyrənən insanlar öz ana dillərində Quranı və hədisləri oxuya bilərlər və oxumalıdırlar. Çünki hər bir insan Uca Allahın kəlamı və sonuncu ilahi Kitabı ilə tanış olmalıdır. İndiki müsəlmanların ən böyük problemi onların Allahın kitabından uzaqlaşmalarıdır. Görürsən ki, insan namaz qılır, lakin qıldığı namazın sözlərinin ən azından tərcüməsini belə bilmir və öyrənmək də istəmir. Uca Allah Qurani Kərimdə insanları Quranı tez-tez oxumalarını, həmçinin, onun ayələri haqqında düşünməyi buyurur, Quran oxumayanları və onun haqqında fikirləşməyənləri qınayır.
“Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl!” (əl-Ənkəbut, 45)
"Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər" (əl-Ənfal, 2)
"Qurandan bacardığınız qədər oxuyun". (əl Muzzəmmil, 20).
Daha ətraflı burdan oxuyun: Namaz qılsam, Qurani Kərimi oxumağım vacibdir?