Tövbə namazı neçə rükət qılınır?

    29.04.2014
Kimdən: 
Etibar Əliyev
Sual: 
Salam aleykum. Men butun gunahlardan uzaq olmaq uchun ne etmeliyem ve tovbe namazini neche riket qilmaliyam?
Cavab: 

Aleykum salam. Bütün günahlardan uzaq olmaq üçün fərz namazları vaxtlı-vaxtında məsciddə qılmaq, Allahı çoxlu zikr etmək, əməlisaleh insanlarla oturub durmaq, faydalı elm öyrənmək və faydalı işlərlə məşğul olmaq lazımdır. Tövbə namazı iki rükət qılınır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın". (İbn Hibban, 623).

Teqlər: 
Paylaş: