Məsh çəkmək və namaz haqqında sual

    30.04.2014
Sual: 
Salam aleykum. Basha (qulaq boyun) mesh chekdikde yeniden elleri su ile islatmaq lazimdir? Ayaga mesh chekmek olar? Olarsa corabin ustunden olar? Namaz qilarken qara geyinmek olarmi?
Cavab: 

Aleykum salam. Əgər əlləriniz quruyarsa, yenidən isladıb məsh çəkə bilərsiniz. Dəstəmaz alarkən ayaqları yuduqdan sonra corab geyinmisinizsə, dəstəmaz aldıqda corabın üzərinə məsh çəkə bilərsiniz. Muğira ibn Şobədən (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəm­bərlə (sallallahu aleyhi va səlləm) birlikdə sə­fər­də ikən Peyğəm­bər (sallallahu aleyhi va səlləm) təbii ehtiyacını rəf etmək üçün subaşına şıxdı. Sonra Mu­ği­ra onun əllərinə su tökdü və o, dəstəmaz aldı – üzünü və qollarını yudu, başına və xoflarına məsh çəkdi”. (Buxari, 182). 
Xof - dəridən düzəldilən ayaqqabıya deyilir. Məshin maksimum müddəti bir gün, səfərdə olan üçün isə üç gündür. Namaz qılarkən qara geyinmək olar, amma qara geyinmək vacib deyil.

Paylaş: