Nəcis qarışmış su insanın belinə sıçrayarsa onu yumaq lazımdırmı?

    22.02.2022
Kimdən: 
Allaha möhtac
Sual: 
Əssələmu aleykum. Şeyx, unitazın içində su olur və mən ora kiçik subaşına çıxıram və həmin su sidiklə qarışır, bəzən olur ki tamamilə sidiyin rəngini alır, bəzən də olur ki çox da rəngi itmir suyun. Və təmiz su ilə təmizlənərkən həmin unitazın içindəki sidiklə qarışmış su belimə sıçrıyır azca. Belim mundarlanmış sayılmır ki? Allah sizi xeyirlə mükafatlandırsın
Cavab: 

Va aleykum Salam. Rəngi dəyişməsə belə sidik qarışmış su nəcis (murdar) sayılır və əgər bu su belinizə sıçrayırsa, su sıçramış yeri təmiz su ilə yumalısınız. Həmçinin oxuyun: Murdar şeyləri təmizləməyin yolu

Teqlər: 
Paylaş: