Qurani-Kərimə "Müqəddəs Quran" demək icazəlidirmi?
Va aleykum salam. Müqəddəs sözünün ərəb dilində mənası "pak və bərəkətli" deməkdir. Məhz bu mənaya görə Qüds şəhərində yerləşən məscid, ora ibadət məqsədi ilə gələn insanların günahlardan pak olmasına səbəb olduğu üçün "Beytul-Məqdis" (pak ev) adlandırılmışdır. Uca Allahın Cəbraili "Ruhul-Qudus" (müqəddəs ruh) adlandırması da onun təmizlikdən xəlq olunmasına görədir. Həmçinin, "Ardul-Muqaddəsə" (müqəddəs torpaq) dedikdə, bərəkətli yer nəzərdə tutulur. (Bax: "Lisən əl-Ərab", 6/168). Uca Allah buyurur: "(Musa dedi:) Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun" (əl-Maidə, 21). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah Musanın (ona salam olsun) dilindən xəbər verərək buyurur: "Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun”, yəni pak torpağa daxil olun".
Quran həm pak, həm də bərəkətli olduğu üçün "Müqəddəs Quran" ifadəsini işlətmək icazəlidir. Lakin Uca Allahın Quranı adlandırdığı şəkildə adlandırmaq daha yaxşıdır. Ətraflı oxuyun: Müqəddəs Quranın adları