Yuxudan oyandıqda alt paltarında ağ ləkə olarsa buna görə qüsl etmək lazımdırmı?

    30.12.2021
Sual: 
Assalamu Aleykum,Yuxudan duranda alt paltarının ağardığını gördükde ancaq heç bir nemlik olmadıqda,iyi olmadıqda,cinsi orqanda da heç bir şey hiss olunmadıqda qüsl almaq lazımdır yoxsa destemaz.Mende bu hal tez tez müşayiet olunur
Cavab: 

Va aleykum salam. Yuxudan oyandıqdan sonra alt paltarında görünən ağ ləkə yəqin ki, məzidir. Məzi ehtiras yaranan zaman övrət yerindən gələn az miqdarda şəffaf qatı mayedir və buna görə qüsl etmək lazım deyil. Sadəcə övrət yerini yumaq və əgər alt paltarınna dəymişsə onu yumaq və ya dəyişmək kifayətdir. Ətraflı oxuyun: Cinsiyyət orqanından ifraz olunan rəngsiz maye qüslu və orucu pozurmu?

Teqlər: 
Paylaş: