İynə vurulan yerə suyun dəyməyi qadağan edilirsə, dəstəmaz necə alınmalıdır?
Sual:
Stem, qola iyne vurulduğu, yada qan götürüldüyü zaman iynenin yerine deyilene göre su deymemelidi. Bes destamaz alanda su deriye deymelidi axi o zaman ne etmeliyik???
Cavab:
Əssələmu aleykum. Qola sistem və ya iynə vurulduqda, həmçinin qoldan qan alındıqda iynə yerinə tibbi cəhətdən qısa bir müddət (15-20 dəqiqə) ərzində su vurmaq olmaz. Bu müddət qısa olduğuna görə, gözləyib sonra dəstəmaz ala bilərsiniz. Əgər həkim uzun müddət iynə vurulan yerə su vurmağı qadağan edirsə, bu halda namazın vaxtı çatdıqda təyəmmüm etmək lazımdır. Ətraflı oxyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?