Üç suala cavab
Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.
3) Namazda təşəhüddən sonra salamdan əvvəl bağışlanma üçün Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu dualarını edə bilərsiniz: "Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran, va lə yəğfiru-z-zunubə illə əntə, fə-ğ-fir li məğfiratən min indikə va-r0həmni, innəkə əntə-l-ğafurur-rahim - Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!)
"Allahummə-ğ-fir li mə qaddəmtu, va mə əxxartu, va mə əsrartu, va mə ə'ləntu, va mə əsraftu, va mə əntə ə'ləmu bihi minni. Əntə-l-muqaddimu, va əntə-l-muəxxiru, lə illəhə illə əntə - Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur!)