Şəkildə gördüyün insanla Cənnətdə bir olacağını xəyal edərək ailə qurmamaq doğrudurmu?
Sual:
Bir sehide vurulmusam ve evlenmek istemirem cennetde ona zovce olacagimi dusunurem onu her an yanimda hiss edirem.Onu isteyirem 27 yasim var evlenmek islamda vacibdi men momineyem ve cadraliyam Rebbimin buyurdugu kimi yasayiram.Elhemdulillah yani evlenmesem ona govusacagimi dusunerek addimlasam gunah ederem? Islami yaxsi bilirem ama efsus exiretini kimse bilmir indiden Allah razi galsin
Cavab:
Əssələmu aleykum. Şəkildə gördüyünüz insanla Cənnətdə bir yerdə olacağınıza aid heç bir dəlil yoxdur. Bu, şeytanın sizə ailə qurmayaraq tək qalmanız üçün etdiyi bir vəsvəsədir. Uca Allah ailə qurmağı əmr edərək buyurur: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir!" (ən-Nur, 32). Bu vəsvəsələrə fikir verməyin, dini və əxlaqı yaxşı olan bir oğlan sizə evlilik təklif etdikdə razılaşıb ailə qurun. Həmçinin oxuyun: