Sağlamlıqla əlaqəli namazı bir müddət saxlamaq olarmı?
Sual:
Salam Aleykum men namaz qilirdim lakin 9 aydir lakin sora sağlamliq sebeblerine gore 2ay dayandirmali oldm yeniden baslamaq isdeyirem dayandirmisdim deye baslamazdan evvel elave nese etmeliyemmi?Yeniki tivbe ve yaxuddan basqa bir sey etmek lazmdirmi?Indiden Tesekkurler.Allah razi olsn.
Cavab:
Va aleykum Salam. Xəstəlik səbəbindən namazı dayandırmaq olmaz. Namaz qılmaq ağlı başında olan və həddi büluğa çatan hər kəsə vacibdir. Xəstə insan müalicə ala-ala bacardığı şəkildə namazları qılmalıdır. Namazı dayandırdığınıza görə tövbə edin və namaza başlayın. Həmçinin oxuyun:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?