Axirətə inanmayan insan namaz qıla bilərmi?
Sual:
Salam aleykum axirətə inanmayan isnanın namaza başlamagı duzgundurmu və axirətə inanması uçun nə etmək lazımdır? Allah razı olsun
Cavab:
Va aleykum Salam. Axirəti iman gətirmək imanın altı əsaslarından biridir. İmanın əsasları barədə ətraflı oxuyun:
Bu əsaslara iman gətirməyən şəxs mömin sayıla bilməz. Axirəti inkar etmək Cənnəti, Cəhənnəmi, ölümdən sonrakı həyatı, haqq-hesabı inkar etmək deməkdir. Odur ki Axirətə iman gətirməyən şəxsə namaz qılmaq fayda verməyəcək. İlk növbədə belə insana imanın əsaslarını izah edib bu əsaslara iman gətirməyin vacib olduğunu anlatmaq lazımdır. Bu əsaslar bir-biri ilə sıx bağlıdır və ayrılmazdır. Bunların bir qisminə iman gətirmək digərlərinə də iman gətirməyi vacib edir. Həmçinin oxuyun: