Namaza dəfələrlə başlayıb sonra tərk etməyin səbəbi nədir?
Sual:
Salam menim 16 yawim var evvelde namaz qilib dayandirdim sonra yene qildim ama aradan biraz kecdi sanki namaz qila bilemdim qila bilmirdim bir muddet dayandirdim ama her defe eyni wey olur qila bilmirem qilmaq isdiyirem ama namaza urekle getmirem subh namazlarinada qalaxa bilmirem xaiw edirem mene nese cavab yazardiz bilmek isdiyirem bunun sebebi nedir ne ede blerem?
Cavab:
Va aleykum Salam. Əvvəla bunu bilmək lazımdır ki, namaz həddi-büluğa çatmış və ağlı başında olan hər bir müsəlmana vacibdir. Namazı tərk etmək isə ən böyük günahlardan biridir. Namazı tərk etmək zinadan, oğurluqdan, içki içməkdən də böyük günah sayılır. Odur ki, tövbə edib namaza başlayın. Namaza səhlənkar yanaşmaq imanın zəifliyinin əlamətidir. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir" (əl-Bəqərə, 45). Odur ki, imanı artırmağa çalışın. Ətraflı oxuyun:
Namaz qılmayan Cənnətə düşəcəkmi?