Yalan danışmaqdan tövbə necə edilir?

    19.07.2022
Sual: 
Selamun Aleykum). Men yalan danışmışam bir adama hetta bu günde danışdım yeni kiçik yalan deyek. Meni sıxan 2 yalan var. Hemen adama demişem bu yalanıda. Amma ona deye bilmerem yalan olduğunu. Bezilerini demişem amma bu 2sini deye bilmerem. Halallıq istedim dedi ki nese gizledmirsense halal olsun amma eyer nese gizledirsense haram. Mende bir şey demedim. Tövbe etsem Allah bağışlayarmı günahımı yalan danışdığıma göre?(. Bele izah edim açıq aydın anlayasız. Men danışdığım bir yalanı onun ölen atası haqda demşem bu günahımı nece temizleye bilerem? Yeni başqa yalanlara tövbe etsem olar o insana yalanları demeden. Bes bu yalan atası haqda? Bir kömeklik edin lütfen(. Noular cavab verinde çox xaiş(
Cavab: 

Va aleykum Salam. Yalan danışmaq böyük günahlardan sayılır, bu əməldən tövbə etməlisiniz. Əgər danışdığınız yalanla heç kəsə zərər verməmisinizsə, yalan danışmaqdan tövbə edərkən yalan danışdığınız şəxsdən halallıq almaq şərt deyil. Sadəcə tövbə edin və bir daha bu əmələ qayıtmayacağınıza niyyət edin. Əgər danışdığınız yalanla qarşı tərəfə zərər vermisinizsə, bu halda halallıq almalısınız. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: