Ərindən altı ay ayrı qalan qadın boşanmış sayılırmı?

    07.07.2022
Sual: 
Salam Yoldashimla boshanma erefedindeydik.6 ay qayri qaldim.Biriylr tanish oldum evlenirdik.Ama sonra qizima gore istemedim.Ama aramizda kebin oldu.Elaqemiz oldu.Ama indi ydashimla barishmisham.Ona qarshi gunahkar hiss edirem ozumu.Ne etmeliyem?
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, ərinizdən boşanmamış başqa bir kişi ilə kəbin kəsdirməyiniz doğru deyil və bu evlilik düzgün sayılmır. Çünki evli qadın başqa bir kişi ilə kəbin kəsdirməsi üçün ərindən tam boşanmalı, sonra isə üç heyz müddəti gözləməlidir. Məhz bundan sonra qadın öz vəlisinin (atasının, qardaşının və s.) izni ilə başqa bir kişi ilə nikah bağlaya bilər. Qadının öz ərindən altı ay və ya daha artıq ayrı qalması isə boşanma sayılmır. Kəbinin pozulması üçün qarşılıqlı boşanma və ya ərin qadını boşaması lazımdır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: