Nikah bağlanarkən qızın vəlisinin "verdim", oğlanın isə "qəbul etdim" deməsi vacibdirmi?

    11.07.2022
Kimdən: 
Muslim
Sual: 
Salam. Men bilmek isteyirem ki nikahda velinin "verdim", evlenen adamin "qebul etdim" demesi nikahin sertidir? Yeni nikahda mehr teyin olunub sertler aciqlanib tekce bu iqrar olunmayibsa nikah batil olar?
Cavab: 

Va aleykum Salam. Nikah bağlanarkən qızın vəlisinin, evlənən oğlanın və iki şahidin məclisdə iştirak etməsi vəlinin və evlənən oğlanın razılığına dəlalət edir. Doğru olan rəyə görə, vəlinin "verdim", evlənən oğlanın isə "qəbul etdim" deməsi şərt deyil. Çünki həm vəli, həm də oğlanın nikah bağlanmaq üçün təşkil olunmuş məclisdə iştirak etməsi, həmçinin mehrin təyin olunması artıq razılıq əlamətidir. Odur ki, nikah səhih sayılır. Həmçinin oxuyun:

Nikah bağlamağın qaydaları
Kəbinin şərtləri hansılardır?

Teqlər: 
Paylaş: