Əqiq qurbanını yaşadığın yerdən fərqli bir yerdə başqasına kəsdirmək olarmı?

    08.07.2022
Kimdən: 
Shahin
Sual: 
Salam Aleykum. InshaAllah oglan usagim dunyaya gelmelidir. Sualim eqiq ile baglidir. Imkani olanlar uchun, oglan ushagina iki qoyun qurban kesilmeli oldugunu bilirem. Elhemdulillah, menim bunu kesmeye imkanim catir amma oldugum yerde bunu etmek mumkunsuzdur. Sualim budur ki, pul olaraq gondersem ve basqa yerde menim uchun iki eded qoyun kesib, imkansizlara paylasalar olarmi? Amma men ve menim ailem bu qurbandan yeye bilmeyecek. Ve yaxud 1-2 ile sonraya saxlayib, bu eqiqi tam qaydasinda kese bilerem. Birinci ya ikincinimi edim? Tesekkur edirem.
Cavab: 

Va aleykum Salam. Əqiq qurbanını uşaq dünyaya gəlməsinin yeddinci günü kəsmək müstəhəbdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Doğulmuş hər bir uşaq öz "əqiqinin" girovudur. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (ət-Tirmizi, 1522). Əqiq qurbanını başqa yerdə də kəsdirə bilərsiniz, həmçinin bu qurbanın ətindən sizin yeməyiniz mütləq deyil. Əgər yeddinci günü kəsdirə bilməsəniz digər vaxtlarda kəsdirin. Həmçinin oxuyun:

Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?
Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?

Teqlər: 
Paylaş: